Xaliq Kərimli: “Zəngəzur dəhlizinin açılması Azərbaycanın maraqlarına xidmət edəcək”

zəngəzur dəhlizi

“Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan tam blokadadan çıxacaq. Bu, çox yaxşı haldır. Eyni zamanda Azərbaycanla Türkiyə, Türkiyə ilə Mərkəzi Asiya, Çinlə Avropanı birləşdirən alternativ kanal formalaşacaq. Hazırda da bizim Türkiyə ilə əlaqəmiz var – həm quru yol, həm də dəmir yolu ilə, Gürcüstan üzərindən və yaxud İran üzərindən”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

İqtisadçının sözlərinə görə, Zəngəzur dəhlizindən yüklərin hərəkətinin Azərbaycan ərazisindən maneəsiz formada həyata keçirilməsi çox vacib məsələdir:

“Bu, ilkin qaranquşlardır və ümid yaradır ki, gələcəkdə Zəngəzur dəhlizi də işə düşəcək. İki ölkə arasındakı bu yükləşmələrin çoxalması, sonradan isə tədricən ticarətin başlanması istiqamətində müsbət addımdır”.

Xaliq Kərimli əlavə edib ki, Zəngəzur dəhlizinin işə düşməsi həm dostluq və sülh münasibətlərinin möhkəmlənməsi, həm də iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyət daşıyır:

“Digər istiqamət – Tbilisi dəmir yolu xətti – daha uzun məsafədir və relyefi o qədər də əlverişli deyil. Yükdaşıma qabiliyyəti çətindir. Amma Zəngəzur dəhlizi çox rahatdır, düzənlik ərazidən keçir. Bu marşrutla yüklər ilboyu fasiləsiz daşına bilər. Üstəlik, məsafə daha qısadır və bu da iqtisadi baxımdan üstünlük yaradır”.

Ekspertin sözlərinə görə, dəhlizin işə düşməsi tranzit və maliyyə gəlirlərini artıracaq, ticarət əlaqələrini möhkəmləndirəcək, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq:

“Yəni Zəngəzur dəhlizi həm siyasi, həm strateji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır”.

 

 

Gülxanım

Gununsesi.info