Xalq artistinin qızı: "Atamın səhhətində dəyişiklik yoxdur"

  • By Günel
  • 13 Mart 2025 20:04

“Atamın səhhətində heç bir dəyişiklik yoxdur. Onun səhhəti ağır olaraq qalır. Heç nəyə reaksiya vermir. Yemək yemir, suyu pambıqla verirəm”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Teleqraf-a xalq artisti Ənvər Həsənov qızı Aytən Həsənova atasının səhhəti haqqında danışarkən deyib.

Qeyd edək ki, Ənvər Həsənov bir müddət əvvəl halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunmuşdu. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu və kəskin işemik insult diaqnozu təyin olunub.

Gununsesi.info