Yunanıstanın Baş nazirinin Ərdoğanla görüşü gözlənilir

  • By ilhame
  • 18 Aprel 2024 20:12

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Avropa İttifaqının Brüssel sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

 

O, görüşün mayın 13-də Ankarada baş tutacağını bildirib.

Gununsesi.info