Əfqanıstanda qadınların ali təhsil alması qadağan edildi

  • Müəllif: admin
  • 21 Dekabr 2022 11:23

Əfqanıstandakı Taliban hökuməti qadınların universitet təhsili almasını qadağan edib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bu, ölkədə qadın və qızların hüquq və azadlıqlarının məhdudlaşdırılması yönündə ən son tədbirdir.

Ötən il hakimiyyətə gələn sərt xətt tərəfdarı islamçılar 1990-cı illərdəkindən daha yumşaq siyasət vəd edirdilər.

Ancaq qadınların həyatının bütün aspektlərinə məhdudiyyətlər gücləndirilib.

Dekabrın 20-də yayılmış bildirişdə Taliban hökumətinin ali təhsil nazirinin sərəncamına istinad edilir.

“Hamınıza qadınların təhsilini dərhal dayandırmağınız haqda məlumat verilir”, – Ali təhsil naziri Neda Məhəmməd Nadimin imzasıyla hökumət və özəl universitetlərə göndərilən məktubda deyilir.

 

Tərcümə:

Günay