Əli Əsədov 2 qərar imzaladı

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) nəzarəti həyata keçirən İdarə Heyətinin tərkibi genişləndirilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara dəyişikliklə İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 nəfərdən – Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarət olacaq.

Nizamnamənin əvvəlki variantı isə belə olub: “İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 nəfərdən – Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir”.

***

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Dövlət Statistika Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının

Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru.

 

Gununsesi.info