Ərdoğan ABŞ-a nümayəndə heyəti göndərir

  • By admin
  • 30 İyun 2022 23:10

Türkiyə F-16 qırıcılarının tədarükü ilə bağlı məsələni həll etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Baydenin bu məsələdə səmimi səyləri güclü dəstək alacaq. Mən dərhal ABŞ-a nümayəndə heyəti göndərəcəyəm”, – o, Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, Bayden daha əvvəl Türkiyəyə F-16 qırıcıları satışını dəstəkləmişdi. O, həmçinin xatırladıb ki, bu cür razılaşmalar ABŞ Konqresinin təsdiqini tələb edir.

Gununsesi.info