Ərdoğan: “Azərbaycanlı qardaşlarımızla nəqliyyat şəbəkəsini gücləndirəcəyik”

  • By admin
  • 23 May 2023 20:17

“Biz Qarabağı 30 illik işğaldan sonra azad etdiyimiz və iqtisadiyyatdan müdafiə sənayesinə qədər hər sahədə əməkdaşlığımızı gücləndirdiyimiz kimi, azərbaycanlı qardaşlarımızla nəqliyyat şəbəkəsini də gücləndirəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda xalq qarşısında çıxış edərkən bildirib.

“Qarabağı yox sayan CHP rəhbərinə rəğmən bunu edəcəyik”, – deyə dövlət başçısı əlavə edib.

Gununsesi.info