11 sentyabr hadisələrindən 21 il ötdü

  • By admin
  • 11 Sentyabr 2022 09:13

ABŞ-da dəhşətli 11 sentyabr hadisələrindən 21 il ötür.

Gununsesi.info xəbər verir ki, 2001-ci ilin sentyabrın 11-də yerli vaxtla saat 08:46-da “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Əkiz göydələnlərin aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da “kamikadzelərin” idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra isə eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Rəsmi versiyaya görə, Nyu York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarını Əl Qaidə terror təşkilatının lideri Üsamə Ben Laden törətmişdir.

Gununsesi.info