2 ay komada qalan müharibə iştirakçısı vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 22 Noyabr 2025 16:50

Vətən müharibəsi iştirakçısı Asim Qafarov vəfat edib.

Gununsesi.info Unikal.az-a istinadən xəbər verir ki, 24 yaşlı Asim iki aya yaxın müddət ərzində komada qaldıqdan sonra dünyasını dəyişib.

Xatırladaq ki, sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində 1 nəfər ölüb, 1-i isə yaralanıb. Yaralanan şəxs 24 yaşlı Asim Qafarov idi. Sürücü Ceyhun Yusifov isə hadisə yerində dünyasını dəyişmişdi.

 

Gununsesi.info