347 itkin ailəsi psixososial dəstək alıb

  • By admin
  • 05 May 2022 10:05

Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 2021-ci ildə 793 bioloji istinad nümunəsi insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 1990-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən götürülüb. 

Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin neytral vasitəçi qismində iştirakı ilə 2020-ci il döyüşlərinin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 346 əməliyyat aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) jurnalistlər üçün təşkil etdiyi brifinqdə bildirilib. Vurğulanıb ki, ötən il 347 itkin ailəsi psixososial dəstək alıb.

Eyni zamanda geridə qoyduğumuz ildə 258 itkin ailəsinə nağd pul yardımı edilib. Bundan başqa 22 mina insidenti qurbanının ailəsi dəfn xərclərinin qarşılanması üçün yardım alıb.

Eləcə də İraq və Suriyadan repatriasiya edilmiş uşaqlarla işləmək üçün 40 psixoloq və nitq üzrə 1 mütəxəssis təlimlərdə iştirak edir.

Gununsesi.info