Ötən ilin sentyabrında antiterror tədbirləri zamanı yaralanan və indiyədək komada qalan hərbçimiz şəhid olub.
Gununsesi.info-nun məlumatına görə, hərbçimiz, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu 4 ay sonra Bakıda müalicə aldığı klinikada şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kəndindəndir.
Gununsesi.info