İsrail ordusu Yəməndə həbsxanaya zərbələr endirib

  • Müəllif: Admin08
  • 25 Sentyabr 2025 23:28

İsrailin Yəmənin paytaxtı Sənaya hücumu husilərin təhlükəsizlik və kəşfiyyat xidmətinin idarə etdiyi həbsxananı hədəf alıb.

Gununsesi.info xəbər verir ki, bu haqda məlumatı “Al Masirah” telekanalı yayıb.

Məlumata görə həbsxanada məhbuslar və haqlarında həbs qətimkan tədbiri seçilmiş şəxslər saxlanılıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 2 nəfər ölüb, 48 nəfər yaralanıb.

Gununsesi.info