Gəncəyə əlavə qatar reysi təyin olundu

  • Müəllif: Şəbnəm
  • 27 Sentyabr 2025 11:09

Sentyabrın 28-də Bakıdan III MDB Oyunlarının açılışının keçiriləcəyi Gəncəyə əlavə qatar reysi təyin olunub.

Gununsesi.info bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, Bakıda Gəncəyə təyin olunan əlavə reys saat 13:00-da Bakıdan çıxacaq və saat 16:56-da Gəncə dəmiryol vağzalında olacaq.

Bakıdan Gəncəyə biletin qiyməti 18,80 manat təşkil edir.

 

Gununsesi.info