Bakıda ağac kəsən 4 nəfər SAXLANILDI

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2025 11:32

Paytaxtın Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.

 

Gununsesi.info