ABŞ və müttəfiqləri İrana hücum məsələsində razılaşa bilmir

İsrailin ivritdilli gündəlik qəzeti “Israel Hayom” 25 yanvar 2026-cı il tarixli məlumatında ABŞ administrasiyası daxilində və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri arasında İrana mümkün hərbi hücum məsələsində ciddi fikir ayrılıqlarının mövcud olduğunu yazıb.

Gununsesi.info -nun qəzetə istinadən məlumatına görə, İrana qarşı hərbi zərbələrin endirilməsinin tərəfdarları sırasında ABŞ-ın vitse-prezidenti Cared Din Vens, dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqset yer alır. Bu mövqeni həmçinin Birləşmiş Krallıq, İsrail və Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyir.

Eyni zamanda, ABŞ prezidentinin xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər İrana qarşı hərbi zərbələrin əleyhinə çıxan tərəflər kimi göstərilir.

 

Gununsesi.info