Televiziyalarımızdakı verilişlər gündəm olduqca, ənənəvi bir sual da aktuallaşır.
Çox vaxt deyirlər ki, verilişlərimizin yaxşı olmamasının səbəbi reytinqdir.
Yəni xalq özü istəyir, məişət tipli verilişlərə çox baxır.
Bəs doğrudan da belədirmi?
Gununsesi.info xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə danışıb.
O bildirib ki, əgər belədirsə, xaricdə səviyyəli verilişlərə niyə baxırlar?
Ceyhun Məmmədov eyni zamanda deyib:
“Sanballı bir veriliş, debat təşkil edilsə, niyə baxmasınlar. İndi bu söz çox yayılıb ki, deyirlər, xalq bunu istəyir. Hansı xalq? Bu, formalaşdırılan məsələdir və son qoymaq lazımdır”.
Elmar
Gununsesi.info












