İran ABŞ-yə yeni təkliflərini təqdim etdi

  • Müəllif: Firuzə
  • 02 May 2026 23:01

“Təklifimizi təqdim etdik, top artıq ABŞ meydanındadır”.

Gununsesi.info xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi diplomatik təkliflə bağlı açıqlamasında deyib.

“İran təklifini Pakistana vasitəçi kimi təqdim edib. İndi top ABŞ-nin meydanındadır və o, münaqişəni davam etdirməyi, yoxsa diplomatiya yolunu seçməyi qərar verməlidir”, – deyə Qəribabadi qeyd edib.

O həmçinin İranın ABŞ-yə etibar etmədiyini vurğulayıb və ölkəsinin diplomatiya yolunda dürüstlüyünü qoruyacağını bildirib.

Gununsesi.info