Bu ilin yanvar-aprel aylarında Azərbaycana 3,6 milyon ABŞ dolları dəyərində 2 min 239 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.
Gununsesi.info-nun Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Belçikadan 2,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 1 min 309 ton (+2,6 dəfə), İrandan 981 min ABŞ dolları dəyərində (+981 dəfə) 818 ton (+1 543 dəfə), Çindən 186 min ABŞ dolları dəyərində (-27 %) 58 ton (-48 %), Cənubi Koreyadan 88 min ABŞ dolları dəyərində (-4 %) 45 ton (-2 %), Amerika Birləşmiş Ştatlarından 43 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 2,93 ton (+92 %) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 6 min 598 ton kerosinin 94,6 %-i Belçikanın payına düşüb.







