Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müsbət gündəliyi olmayan yarımölü bir quruluşa çevrilib, ilkin missiyasını itirib.
Gununsesi.inf0 xəbər verir ki, TASS– ın məlumatına görə, bu fikri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, ATƏT-in əsas vəzifəsi Avropanın daha bir böyük müharibəyə sürüklənməsinin qarşısını almaqdır.
Polyanski vurğulayıb ki, Qərb Rusiya Federasiyasına qarşı hibrid müharibəsinin aləti kimi istifadə etməyə başlayana qədər təşkilata böyük ümidlər bəslənirdi.
Diplomat əlavə edib ki, ATƏT-in gələcəyi Qərb ölkələrindən asılı olacaq, lakin hələlik onlar dialoqa getmək istəmirlər və qarşıdurmanı qızışdırırlar.
Maqsud











