Qərbin Ukraynadakı münaqişə ilə bağlı strategiyası dəyişməz olaraq qalır və Kiyevi dəstəkləməyə və Moskvanın hərbi potensialını zəiflətməyə əsaslanır.
Gununsesi.info xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal bildirib.
Mixal deyib: “Strategiyamız sadə olaraq qalır: Ukraynaya ehtiyac duyduğu şeyi vermək və Rusiyanın müharibə maşınından oksigeni çıxarmaq”.
Onun sözlərinə görə, Ukrayna müttəfiqlərinin tam dəstəyindən istifadə edir. Siyasətçi iddia edir ki, guya Rusiya Ukraynanın süqutunu və Avropanın bölünməsini istəyib, lakin bu baş verməyib.
Maqsud












