ABŞ və İran arasında növbəti danışıqlar raundunun keçiriləcəyi tarix dəqiqləşib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında növbəti görüş iyunun 28-i və 29-da baş tutacaq.
Məlumata görə, Amerika və İran tərəfi arasındakı budəfəki müzakirələr texniki ekspertlər səviyyəsində təşkil olunacaq. Danışıqlarda vasitəçilərin də iştirak edəcəyi vurğulanır.











