İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, rayonun Qubaxəlilli kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında batıb.
Hazırda axtarışlar davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.
Hazırda vətəndaş – 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
***
2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.












