Fransada anomal istilər: 55 nəfər öldü

Fransada anomal istilər fonunda ölənlərin sayı 55-ə çatıb.

Gununsesi.info BFM TV-yə istinadla xəbər verir ki, ölənlərin çoxu yeniyetmə və gənclərdir, onlar nəzarətsiz sularda çimərkən həyatlarını itirib.

Fransanın 61 bölgəsində “qırmızı istilik” xəbərdarlığı, daha 25 bölgədə isə “narıncı” xəbərdarlıq elan edilib.

İsti hava şəraiti nəticəsində elektrik şəbəkələrində yaşanan problemlərə görə 46 min ailənin işıqsız qaldığı bildirilib.

Gununsesi.info