Naxçıvanın ən böyük qəsəbəsi hansıdır? - AÇIQLANDI

  • By Admin2
  • 16 İyul 2026 13:42

Naxçıvan Muxtar Respublikasının 9 qəsəbəsində yaşayan əhalinin ümumi sayı 40 mini keçib.

Gununsesi.info xəbər verir ki, Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyunun 1-nə olan vəziyyətə əsasən, muxtar respublikanın 9 qəsəbəsində ümumilikdə 41 min 1 nəfər yaşayır.

Statistikaya görə, Naxçıvanın ən böyük qəsəbəsi Nehrəmdir. Burada 17 min 164 nəfər yaşayır. Ondan sonra Cəhri (10 min 691 nəfər) və Qıvraq (6 min 456 nəfər) gəlir.

Gununsesi.info