Şəmkirdə bıçaqlanan qız xəstəxanada öldü

  • Müəllif: Firuzə
  • 24 İyul 2026 22:38

Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki,  rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Gununsesi.info