Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev bu gün – iyulun 27-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Nərminə Mustafayeva 20200-ci il iyulun 28-də Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdi. O, tam olaraq 6 il İstanbulda baş konsul işlədi.
N.Mustafayevanın diplomat kimi növbəti iş yerinin hara olacağı məlum deyil, amma onunla bağlı yeni sərəncam imzalana biləcəyi istisna edilmir.
Gununsesi.info-nun məlumatına görə, N.Mustafayeva keçmişdə jurnalist olub.
Belə ki, o, vaxtilə – 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.
Onun rəsmi tərcümeyi halına görə, diplomatik karyeraya başlamazdan əvvəl xanım Mustafayeva 15 ildən artıq AR Prezidentinin Protokol Xidmətində çalışıb.
Dövlət strukturlardakı fəaliyyətinə başlamazdan əvvəl N.Mustafayeva dövlət və müstəqil media və yayım şirkətlərində jurnalist, aparıcı-redaktor kimi işləyib.
ABŞ-ın Virciniya ştatının Old Dominion Universitetindən Beynəlxalq biliklər üzrə magistr dərəcəsinin sahibi olan Nəriminə xanım həmçinin Azərbaycan Dövlət Dillər Universitetinin də məzunudur.
O, Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidenti tərəfindən 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Nərminə Mustafayeva Naxçıvan şəhərindən anadan olub. Evlidir, üç övladı var.
İngilis, rus və türk dillərini bilir.











