2 nəfəri cərəyan vurub öldürdü

  • Müəllif: Orxan
  • 27 İyul 2026 14:39

Azərbaycanda iki nəfəri cərəyan vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, dünən Astara rayonu Kijəbə qəsəbə sakini, 36 yaşlı Babək Meybəli Baxşıyev kəndin ərazisində elektrik dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bundan başqa, Xaçmaz rayonu, Xudat kənd sakini, 49 yaşlı Zakir Mühəddin Rəcəbovun idarə etdiyi “Belarus” markalı 90 M 994 N-li traktorun tüstü borusu əkin sahəsinin üzərindən keçən elektrik naqilinə dəyib və cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info