Hüquqşünas Aslan İsmayılov Rusiya-Ukrayna müharibəsinin gedişi, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan son görüş və regiondakı geosiyasi proseslərlə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, dünya siyasətində əsas amillərdən biri gücdür və beynəlxalq münasibətlərdə qalib tərəflə daha çox hesablaşılır.
İsmayılovun sözlərinə görə, bir il əvvəl Ağ Evdə Donald Tramp ilə Volodimir Zelenski arasında keçirilən ilk görüşlə müqayisədə son görüşdə tamamilə fərqli yanaşma, qarşılıqlı hörmət və ehtiram nümayiş etdirilib.
Hüquqşünas hesab edir ki, Ukraynanın son dövrdə əldə etdiyi nəticələrin əsas səbəblərindən biri müharibədə texnoloji üstünlüyə, xüsusilə pilotsuz uçuş aparatlarından geniş istifadəyə üstünlük verməsi və şəxsi heyətin itkilərinin minimuma endirilməsinə çalışmasıdır.
Onun fikrincə, bu yanaşma Rusiya ordusunun taktikasından fərqlənir.
Aslan İsmayılov statistik göstəricilərə də istinad edib.
O qeyd edib ki, 2022–2025-ci illərdə Rusiyanın ümumi hərbi itkilərinin Ukraynanın itkilərindən təxminən 2–3 dəfə çox qiymətləndirildiyini, 2026-cı ilin ilk yarısında isə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına əsasən bəzi döyüş istiqamətlərində bu nisbətin 8:1-ə qədər yüksəldiyini bildirib.
Onun sözlərinə görə, hesabat bunu əsasən Ukraynanın pilotsuz uçuş aparatlarından daha geniş istifadə etməsi ilə əlaqələndirir.
İsmayılov, həmçinin, bu proseslərdən Azərbaycanın nəticə çıxarmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, hazırda zəif mövqedə olduğu üçün müəyyən şərtləri qəbul edən Ermənistan gələcəkdə güclənəcəyi təqdirdə regionda fərqli mövqe nümayiş etdirə və yenidən ərazi iddiaları irəli sürə bilər.
Hüquqşünas hesab edir ki, beynəlxalq münasibətlərdə dövlətlərin mövqeyi daha çox onların gücü ilə müəyyənləşir.
Elmar
Gununsesi.info












