Dövlət İmtahan Mərkəzi 9 illik baza üzrə kolleclərə qəbul üzrə statistik məlumatları dərc edib.
Gununsesi.info xəbər verir ki, məlumata əsasən bu il ümumi qəbul planı 94.90% dolub və kolleclərə cəmi 5893 abituriyent qəbul olub. Onlardan 5680 nəfəri Azərbaycan, 213 nəfəri isə rus bölməsində təhsil alacaq.
Dövlət ödənişsiz yerlərə qəbul faizi 97.48% kimi yüksək göstərici ilə diqqət çəkib. Dövlət ödənişli yerlər 92.70%, özəl kolleclər isə 100% dolub. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslarda plan 100% dolsa da, qabiliyyət tələb edən ixtisaslarda qəbulolma faizi 71.70%-də qalıb.
|
Təhsil forması |
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |
||
|
|
|
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
|
|
Dövlət ödənişsiz |
2499 |
2355 |
81 |
2436 |
97.48 |
|
Dövlət ödənişli |
3481 |
3124 |
103 |
3227 |
92.70 |
|
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) |
230 |
201 |
29 |
230 |
100.00 |
|
Cəmi |
6210 |
5680 |
213 |
5893 |
94.90 |
|
Təhsil forması |
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |
||
|
|
|
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
|
|
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar |
5090 |
4951 |
139 |
5090 |
100.00 |
|
Xüsusi qabiliyyət tələb edən ixtisaslar |
1120 |
729 |
74 |
803 |
71.70 |
|
Cəmi |
6210 |
5680 |
213 |
5893 |
94.90 |












