Rəvan Qarayev bu gün Yaşıl Teatrda konsert verəcək

Azərbaycanın sevilən sənətçisi Rəvan Qarayev bu gün – 14 avqust tarixində Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, konsert zamanı sənətçinin sevilən mahnıları, romantik melodiyaları və məşhur əsərləri səsləndiriləcək.

Qeyd edək ki, tədbir üçün biletləri həm elektron bilet, həm də şəhər kassalarından əldə etmək mümkündür. Elektron biletlər tədbir günü işlək olacaq.

 

Şəbnəm

Gununsesi.info