Polşa mətbuatı 63 yaşlı azərbaycanlı sürücüdən yazır

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 21:33

Polşada 63 yaşlı Azərbaycan vətəndaşı sərxoş halda şəhər avtobusu idarə edərkən saxlanılıb.

Gununsesi.info  xəbər verir ki, hadisə saat 22:00 radələrində baş verib. Şahidlər avtobusun yolda qəribə hərəkət etdiyini, gah sağa, gah da sola getdiyini görərək polisə məlumat veriblər.

Polis əməkdaşları qısa müddətdə avtobusu müəyyənləşdirərək sürücünü saxlayıblar. Məlum olub ki, 63 yaşlı sürücü sərnişinləri daşıdığı vaxt sükan arxasında pivə içib. Alkoqolölçən cihazla aparılan yoxlama zamanı onun qanında 2,7 promil spirt aşkarlanıb.

Sürücü barəsində sürətləndirilmiş icraat qaydasında hökm çıxarılıb. O, 6 ay müddətinə azadlıqdan məhrum edilib, 6 il müddətinə bütün növ mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunub.

Bundan əlavə, sürücüyə 20 min zlotıdan bir qədər çox, təxminən 9 200 AZN məbləğində cərimə tətbiq edilib.

Gununsesi.info