Britaniya ilə İsrail arasında gərginlik artdı

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 10:37

Böyük Britaniya İsrail Baş naziri Benyamin Netanyahunun ölkəni alçaldıcı formada “islam respublikası” adlandırmasına sərt reaksiya verib.

Gununsesi.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Britaniya hökumətinin nümayəndəsi Netanyahunun fikirlərini “tamamilə qəbuledilməz” adlandırıb.

“Bu şərhlər tamamilə qəbuledilməzdir və mövqeyimizi İsrail hökumətinə çatdırmışıq”, – deyə hökumət nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrail hökumətinin sözçüsü Devid Mencer BBC-yə müsahibəsində Netanyahunun açıqlamasını yumşaltmağa çalışıb.

O bildirib ki, İsrail Baş naziri bu ifadəni öz fikri kimi səsləndirməyib, başqa bir siyasətçinin sözlərinə istinad edib.

Gununsesi.info