“Məni tək qoyub getdin”

Müğənni İradə İbrahimova bir müddət əvvəl dünyasını dəyişən xalası ilə bağlı paylaşım edib.

Sənətçi paylaşımında bunları yazıb:

“Bu həyatını ümidlənməklə keçirən xilaskarım, kaş ki, bir ömrün daha olaydı və yaşayaydın… İradə İbrahimovanın memarı həyata bu şəkildə vəda etməməliydi. Məni tək, tənha qoydun və getdin.

Konsertim olacaq, gəlib izləyərsən, yaxşı?! Gözləyəcəyəm səni”.

Qeyd edək ki, İradə Türkiyədə yaşayır. (axşam.az)