Yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb edildi

  • Müəllif: Firuzə
  • 18 Avqust 2026 09:49

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Gununsesi.info