Azərbaycanda əhalinin banklara olan istehlak krediti borcu 10 milyard manata yaxınlaşıb.
Gununsesi.info xəbər verir ki, ilin ilk yarısının nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən əhaliyə 9 milyard 917,3 milyon manat istehlak krediti verilib.
Ən çox istehlak krediti verən bank isə “Kapital Bank” olub. Belə ki, bank tərəfindən bu ilin ilk yarısında 3 milyard 323,2 milyon manat istehlak krediti verilib.
Qeyd olunur ki, “Kapital Bank”ın istehlak kreditləri son üç ayda 5,3 faiz artıb.












