Təhsil eksperti Etibar Əliyev Azərbaycanda əhalinin savadlılıq səviyyəsi ilə bağlı göstəricilər fonunda valideyn və abituriyentlərin ixtisas seçimi zamanı qarşılaşdıqları çətinliklərə diqqət çəkib.
Gununsesi.info-nun xəbərinə görə, ekspert qeyd edib ki, UNESCO-nun hesabatlarına əsasən, Azərbaycanda əhalinin savadlılıq səviyyəsi 100 faizdir.
“Belə olan halda, internet əsrində nədən valideynlər və abituriyentlər ixtisas kodlaşdırılması kimi sadə bir işin öhdəsindən gələ bilmirlər?” – deyə Etibar Əliyev sual edib.
O, eyni zamanda elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikrə də istinad edib.
Ekspertin sözlərinə görə, nazir 25 yaşdan yuxarı insanların 60 faizinin oxuduğu mətndə əsas fikri başa düşmədiyini bildirib.
“Paradoksdur, elə deyilmi?” – deyə Etibar Əliyev vurğulayıb.
Elmar












