ABŞ hərbi təyyarəsi Rusiyanın raket zərbəsindən sonra Yeni Zelandiyaya qayıdıb

  • Müəllif: Orxan
  • 19 Avqust 2026 15:40

Yerli “The Post” qəzetinin verdiyi məlumata görə, Antarktidaya uçan Amerika hərbi nəqliyyat təyyarəsi C-17 Globemaster Rusiya kosmik raketinin buraxılması ilə bağlı xəbərdarlıq aldıqdan sonra Yeni Zelandiyanın Kraystçörç şəhərinə qayıtmaq məcburiyyətində qalıb.

Gununsesi.info xəbər verir ki, hava məkanının bağlanmamasına və uçuş qərarının heyət üzvlərinin ixtiyarında qalmasına baxmayaraq, Kraystçörçdən Antarktidadakı MakMerdo Stansiyasına qalxan təyyarə Cənubi Okean üzərindən dönərək təxminən 2 saat 27 dəqiqə havada qaldıqdan sonra geri qayıdıb.

Səbəb Yeni Zelandiyanın xarici işlər naziri Uinston Petersin sözlərinə görə, ölkənin bundan xəbərdar olduğu və potensial təhlükənin Yeni Zelandiyanın cənub-şərqindəki beynəlxalq hava məkanına təsir etdiyi Rusiyanın raket buraxılışı barədə bildirişi olub.

Maqsud

Gununsesi.info