“Vətəndaşların tibbi sığortaya inamı sarsılmağa başlayır” -Deputat

  • Müəllif: Firuzə
  • 10 Sentyabr 2026 23:09

Əslində, icbari tibbi sığortanın ilkin tətbiqi variantında olan mexanizmlər bir qədər çətinləşdirilibdir. Bu da vətəndaşlar üçün müəyyən problemlər, həqiqətən də, yarada bilir. Ona görə də biz bu istiqamətdə düşünməliyik ki, vətəndaşın vəziyyətini necə yüngülləşdirək. Sığorta o deməkdir ki, insan artıq bəlli bir xəstəlik müddətində sıxıntısız müalicə və müayinə olunmalıdır, amma bunun müəyyən dərəcədə çətinləşdiyini gördükdə vətəndaşların bu mexanizmə inamı sarsılmağa başlayır. Ona görə də bu inamı qətiyyən sarsılmağa qoymaq olmaz. Müəyyən addımların atılması vacibdir ki, ən azı bu prosesi normal qaydada irəli götürmək olsun. Vətəndaş xəstəxanaların qarşısında bu qədər növbələrin olması arzuolunan deyil. Böyük də məsrəf xərcləməklə sağlığını qorumağa çalışan insanların sayısı artmaqdadır və bu da böyük sıxıntılar yaradır. Ona görə də məsələ ilə bağlı, məncə, təcili bir islahat istiqamətində addımlar atılmalıdır ki, vəziyyətdən müəyyən dərəcədə yumşaldıcı variantla çıxmaq mümkün olsun.

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən millət vəkili Fazil Mustafa  bildirib ki, icbari tibbi sığortanın ilkin tətbiqi variantında nəzərdə tutulan mexanizmlər sonradan müəyyən qədər çətinləşdirilib və bu da vətəndaşlar üçün bir sıra problemlər yaradır.

Deputatın sözlərinə görə, bu istiqamətdə əsas məqsəd vətəndaşların vəziyyətini yüngülləşdirmək və icbari tibbi sığorta sisteminə olan inamı qorumaq olmalıdır:

“İcbari tibbi sığorta o deməkdir ki, insan müəyyən xəstəliklə üzləşdiyi zaman rahat şəkildə müalicə və müayinədən keçə bilməlidir. Lakin bu prosesin müəyyən dərəcədə çətinləşdiyini gördükdə vətəndaşların mexanizmə inamı sarsılmağa başlayır. Ona görə də bu inamın sarsılmasına qətiyyən yol vermək olmaz. Ən azı, prosesin normal şəkildə davam etdirilməsi üçün müəyyən addımların atılması vacibdir”.

Millət vəkili xəstəxanalarda yaranan növbələrin də arzuolunmaz olduğunu qeyd edib:

“Sağlamlığını qorumaq üçün böyük məbləğdə vəsait xərcləməyə məcbur olan insanların sayının artması vətəndaşlar üçün əlavə çətinliklər yaradır. Vətəndaşların xəstəxanaların qarşısında bu qədər növbədə gözləməsi arzuolunan deyil. Sağlamlığını qorumaq üçün böyük məsrəflərə qatlaşan insanların sayı artır və bu da ciddi sıxıntılar yaradır. Ona görə də hesab edirəm ki, məsələ ilə bağlı təcili islahat istiqamətində addımlar atılmalıdır. Vəziyyətdən müəyyən qədər yumşaldılmış və vətəndaşın maraqlarına uyğun mexanizmlərlə çıxmaq mümkün olmalıdır”, – deyə deputat sonda əlavə edib. (Medianews.az)

Gununsesi.info