İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazının regional və qlobal təhlükəsizlik və iqtisadiyyatda xüsusi əhəmiyyət daşıdığını bildirib.
Gununsesi.info xəbər verir ki, Pezeşkian İran üçün dəniz yalnız su hövzəsi deyil, bu gün və gələcək üçün mühüm imkanlardan biri olduğunu vurğulayıb.
Pezeşkian qeyd edib ki, İranın şimal və cənubda geniş sahillərə malik olması və regionun mühüm kommunikasiya marşrutlarının üzərində yerləşməsi ölkəyə dəniz iqtisadiyyatı və gəmiçilik sahəsində mühüm imkanlar yaradır.












