Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib.
Gununsesi.info-nun xəbərinə görə, dəyişikliyə əsasən, erkən evliliyə dair anlayış müəyyənləşib.
Erkən evlilik uşaqla nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq sayılacaq.












