Hikmət Babaoğludan deputat həmkarlarına irad: “Stress keçirirlər”

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2026 13:43

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar arasında çıxış etməklə bağlı fikir ayrılığı yaranıb.

Gununesi.info xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsinin müzakirəsiz səsə qoyulmasını təklif edib.

O qeyd edib ki, deputat həmkarları bu qanun layihəsi ilə bağlı təkliflərini ikinci oxunuşda səsləndirə bilərlər.

Lakin deputat Hikmət Babaoğlu çıxış üçün sədrdən söz istəyib:

“Doğrusu, çıxış siyahısında adını birinci görməyə alışan dostlarımız adlarını birinci görməyəndə narahat olur və stress keçirirlər. Məncə, bu, doğru deyil. Sizə deyirəm, Zahid müəllim!”

Gununesi.info