Ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə başlayacaq.
Gununsesi.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə onlayn başlayacaq:
“Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər”.
Gununsesi.info












