Eyvazov Xocavənd DYP-nə rəis təyin etdi

  • Müəllif: admin
  • 02 Sentyabr 2022 10:01

Polis mayoru Şaiq Ağayev Xocavənd Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, o, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.

Gununsesi.info