“Gossip Girl” serialının ulduzu, britaniyalı aktyor, model və musiqiçi Ed Vetsvik ailə həyatı qurub.
Gununsesi.info xəbər verir ki, o bu barədə instaqram hesabında bildirib.
Sənətçi hind filmlərində rol alan ingilis fotomodel və aktrisa Emi Ceksonla evlənib.
“Səyahət hələ indi başlayır”, – Vetsvik toy fotolarına şərh verib.
Qərb KİV-in məlumatına görə, ulduz cütlüyün toyu İtaliyada baş tutub. Üç gün davam edən mərasimdə dünyanın dörd bir yanından gəlmiş 220 qonaq iştirak edib.
Gununsesi.info












