Lerikdə 5 ton narkotik bitki məhv edildi

  • Müəllif: Firuzə
  • 01 İyul 2026 11:36

Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib.

Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.

Gununsesi.info