Trampın Kanada sualına “Bu kifayətdir” cavabı

  • By Admin2
  • 28 Fevral 2025 11:10

ABŞ prezidenti Tramp və Böyük Britaniyanın baş naziri Starmer birgə mətbuat konfransı keçirib. Görüş Trampın “Bəsdir kifayətdir” bəyanatı ilə yadda qalıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın baş naziri Starmerə bir jurnalistin “Tramp deyir ki, Britaniya Millətlər Birliyinin üzvü olan Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır. Buna münasibətiniz necədir?” Kanadanın adını çəkdiniz. Məncə, aramızda olmayan bir parçalanma tapmağa çalışırsınız. Biz ən yaxın xalqlarıq və bu gün çox yaxşı danışıqlarımız oldu…” sualına Tramp qəfil müdaxilə edərək, “Bəsdir, təşəkkür edirəm” deyib.

Trampın müxbirə dediyi sözlər mediada “Tramp Starmerin sözünü kəsdi” kimi şərh olunsa da, Ağ Evdən məsələ ilə bağlı açıqlama verilib.

Ağ Ev X sosial media hesabında Trampın Starmerə deyil, müxbirə müraciət etdiyini bildirib və əlavə edib: “Bu, saxta xəbərdir. Prezident Tramp iki lideri təhrik etməyə çalışan müxbirin sözünü kəsdi. Yalan danışmağı dayandırın” ifadələrdən istifadə edilmişdir.

Orxan

Gununsesi.info