Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, ABŞ nümayəndələri Prezident Donald Trampın Qəzza sülh planı barədə Avropa Birliyinin xarici işlər nazirlərinə məlumat verə bilərlər.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Barro əlavə edib ki, ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşner bu gün Aİ nazirləri qarşısında çıxış edərək sülh planının icrası ilə bağlı yenilənmiş məlumatları təqdim edəcəklər.
Orxan












