ABŞ bu ölkə üçün tarifləri artırdı

  • Müəllif: Firuzə
  • 27 Yanvar 2026 10:47

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ ilə imzaladığı ticarət müqaviləsinin şərtlərini yerinə yetirmədiyini qeyd edərək, bütün qarşılıqlı gömrük vergilərini 15%-dən 25%-ə qaldırdığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Tramp bununla bağlı sosial media hesabında paylaşım edib.

Ticarət sazişlərinin ABŞ üçün zəruri olduğunu vurğulayan Tramp, bu müqavilələrin hər birində razılaşdırılmış prosesə uyğun olaraq tarifləri azaltmaq üçün sürətli addımlar atdıqlarını bildirib.

Gununsesi.info