ABŞ-da bir həftədə atışma nəticəsində 430 nəfər öldü

  • By admin
  • 27 İyul 2021 09:46

ABŞ-da 17-23 iyul tarixləri arasında baş verən atışmalarda ən azı 430 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Gun Violence Archive” təşkilatı məlumat yayıb.

Ölkədə göstərilən yeddi gündə 915 bu cür hadisə baş verib. Ən azı 430 nəfər ölüb, 1007 nəfər yaralanıb. Qeyd olunur ki, son aylarda müvafiq halların sayında sürətli artım müşahidə olunur.

Təşkilat vurğulayır ki, 2020-ci ildə müxtəlif ərazilərdə qeydə alınmış atışmalarda 43 minə yaxın insan həlak olub. Bu qurumun müşahidə apardığı dövrlər ərzində maksimal göstərici kimi yadda qalıb.

Cari ildə ümumilikdə ölkədə odlu silahdan istifadə nəticəsində 24 min insan ölüb.