ABŞ-da ötən sutkada 413 nəfər pandemiyanın qurbanı olub

  • By admin
  • 03 Avqust 2020 18:18

ABŞ-da son sutkada 47 mindən çox yoluxma faktı qeydə alınıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, eyni dövr ərzində ölkədə 47 511 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bununla belə, daha öncəki göstəricilərə nisbətən həm yoluxma, həm də ölüm hallarının sayı azalıb. Belə ki, ötən gün yayılan məlumata əsasən, ABŞ-da 58 406 yoluxma və 1 133 ölüm faktı qeydə alınmışdı.

Beləliklə, ABŞ-da indiyədək 4 667 957 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 154 mindən çoxu ölüb, 1,4 milyon nəfəri isə sağalıb.

 

 

 

Gununsesi.info